-
- 2-04-2024, 17:45
- 218
Qohumların davası: İki nəfəri güllələdi
Kastamonuya muxtar seçilən Cengiz Sürer çıxan davada yaxınlarını güllələyib.
News24.az xəbər verir ki, hadisə günorta saatlarında Taşköprü rayonu Atatürk küçəsində baş verib.
Qeyd edək ki, 31 Mart 2024-cü il Yerli Rəhbərliklər Ümumi Seçkilərində Donalar kəndinin muxtarı seçilən Cengiz Sürerlə seçkidəki rəqibi Qalip Alkaşı arasında mübahisə düşüb.
Müzakirə davaya çevrilib və tərəflərin yaxınları da işə qarışıb.
Qalip Alkaşı və qohumu Mehmet Atasoy tapançadan açılan atəşlə yaralanıb.
Yaralılar təcili yardımla Taşköprü Dövlət Xəstəxanasına aparılıb.
Bədənlərinə 3 güllə dəyən Alkaşı və Atasoy oradakı ilkin tibbi yardımdan sonra Kastamonu xəstəxanalarına göndərilib.
Alkaşının vəziyyətinin ağır olduğu bildirilərkən, polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.
Günel Məlikzadə