Ruslan Əliyevdən yeni vəzifəsi ilə bağlı PAYLAŞIM
    • 2-04-2024, 23:25
    • 231

Ruslan Əliyevdən yeni vəzifəsi ilə bağlı PAYLAŞIM


“Azəriqaz” İstehsalat Birliyinin keçmiş baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də vəzifə verilib.

News24.az xəbər verir ki, bu barədə Ruslan Əliyev sosial media hesabında paylaşım edib.

O, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin imzaladığı əmrə əsasən qurumun departament direktoru təyin edilib.

Xatırladaq ki, R.Əliyev martın 11-də SOCAR prezidenti Rövşən Nəcəfin əmri ilə “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilib.