Bakıda yanğın - 10 NƏFƏR TƏXLİYƏ OLUNDU
    • 28-04-2019, 10:46
    • 763

Bakıda yanğın - 10 NƏFƏR TƏXLİYƏ OLUNDU

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Fövqəladı Hallardan Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.