Velosipedlə Həcc ziyarətinə gedirlər - FOTO
    • 3-04-2024, 19:15
    • 126

Velosipedlə Həcc ziyarətinə gedirlər - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedən Həcc vəzifələrini yerinə yetirmək üçün velosipedlə yola çıxan makedoniyalı alban Qamuran Hirda və bosniyalı Adem Aljiç Bolqarıstana gəliblər.

News24.az xəbər verir ki, 57 yaşlı Hirda və 60 yaşlı Aljiç “Skopyedən Məkkəyə 2024” şüarı ilə müqəddəs torpaqlara yollandıqdan sonra Bolqarıstana gəliblər.

Skopyedə qohumları, yaxın dostları tərəfindən dualar və təkbirlərlə yola salınan iki velosipedçi Səudiyyə Ərəbistanının Məkkə şəhərinə 2 ay ərzində çatmağı hədəflədiklərini bildiriblər.

Qeyd edək ki, onlar velosipedlə Bolqarıstandan keçərək Türkiyəyə, oradan da Suriyaya, Suriyadakı müharibə səbəbindən təyyarə ilə İordaniyaya keçəcəklərini bildiriblər. Velosipedçilər bütün səyahəti velosipedlə etmək istədiklərini, lakin müharibə səbəbindən belə bir qərara gəldiklərini bildiriblər.

Günel Məlikzadə