NATO Kiyevə 100 milyard dollar ayırır
    • 3-04-2024, 16:59
    • 107

NATO Kiyevə 100 milyard dollar ayırır

NATO Ukraynaya beş illik 100 milyard dollarlıq hərbi yardım paketi təqdim etmək planı hazırlayır.

News24.az  xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, bu, alyansın Ukraynanı Trampın mümkün prezidentliyi ilə bağlı ABŞ-da siyasi əhval-ruhiyyənin dəyişməsindən qorumaq cəhdidir.

Bildirilir ki, vəsaitin ayrılması təşəbbüsü ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək NATO liderlərinin sammitinə qədər Kiyevə hərbi yardım paketi haqqında saziş bağlamağı gözləyir.

Mehriban Mirzəzadə