-
- 4-04-2024, 20:00
- 326
"Paris Olimpiadası Rusiyanın hədəfidir"
Fransa prezidenti Emmanuel Makron Rusiyanın bu yay Fransada keçiriləcək Paris Olimpiadasını hədəf almağa çalışacağına şübhə etmədiyini bildirib.
News24.az xəbər verir ki, Makron jurnalistlərin suallarını cavablandırarkən ondan Rusiyanın Olimpiya Oyunlarını hədəf alıb-almayacağı soruşulub.
Fransa lideri Rusiyanın Olimpiadaya hücum etmək fikrində olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Bizdə olan məlumatlara əsasən, buna heç bir şübhəm yoxdur”.
Günel Məlikzadə