-
- 4-04-2024, 21:00
- 891
İftar yeməyində 23 tələbə zəhərləndi
Fatsa Anadolu İmam Hatip Liseyi nəzdindəki oğlan yataqxanasında qalan bəzi tələbələr dünən axşam iftar yeməyindən sonra xəstələniblər.
News24.az xəbər verir ki, qarın ağrısı, ishal, ürəkbulanma və qusma şikayətləri ilə 23 şagird qida zəhərlənməsi şübhəsi ilə Fatsa Dövlət Xəstəxanasına müraciət edib.
Tələbələrdən 21-i müalicə olunduqdan sonra evə buraxılıb, onlardan 2-nin müalicəsi davam edir.
Günel Məlikzadə