-
- 21-09-2023, 20:18
- 322
Qocalar evində 33 nəfər ZƏHƏRLƏNDİ
Türkiyədə qocalar evində yaşayan qocalardan 33-ü zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıb.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonda 54 nəfərin yaşadığı Esentəpə Qocalar Evində bəzi sakinlər ürəkbulanma, qusma və ishal şikayətləri ilə müraciət ediblər.
Onlar Dövlət Xəstəxanasına aparılıb.
Ardınca gün ərzində özlərini yaxşı hiss etməyən daha 10 qocalar evinin sakini xəstəxanalara aparılıb.
Bildirilib ki, hazırda səhhətləri yaxşı olan ahıllar ehtiyat məqsədilə müşahidə altında saxlanılıb.
Zəhərlənmə ilə bağlı qocalar evindəki yemək və içməli sudan nümunələr götürdü. Günəş Mərd