"Sosial Təminat Agentliyi gözləyir ki, həmin adamlar ölsün"
    • 5-04-2024, 11:39
    • 119

"Sosial Təminat Agentliyi gözləyir ki, həmin adamlar ölsün"

Birinci Qarabağ müharibəsində övladları şəhid olmuş, yaşı 60-ı ötən ailələrin evlə təmin edilməsi məsələsi önə çəkilməldir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.  

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində övladları şəhid olan ailələrin bir çoxu hələ də evlə təmin edilməyib:

« Bu ailələrin bir çoxunun 70-80 yaşları var. Bir çoxu yatağa məhkum olmuş şəxslərdi. Onların əksəriyyəti ev ala bilmədən dünyasını dəyişir. Sosial Təminat Agentliyi gözləyir ki, həmin adamlar ölsün, onların da evlə təmin etməkdən canları qurtarsın. Halbuki həmin qurumun evlə təmin etməyə imkanları var. Yaşı 60-ı ötən şəhid ailələrinin evlə təminatı tezləşdirilməlidir. Cavanlar gözləyə bilər, lakin yaşlı insanlar ömrünün çox hissəsini yaşayıb.  Dövlət onlar qarşısında borcunu onlar dünyasını dəyişməsən ödəməlidir».