Bu ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
    • 5-04-2024, 12:17
    • 246

Bu ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters”məlumat yayıb.

Qeyd edək ki, sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü qadağan ediləcək.

Bundan əlavə, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.

Mehriban Mirzəzadə