-
- 18-12-2023, 11:50
- 168
Aİ-dən Rusiyaya qarşı 12-ci sanksiya paketi
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının 12-ci paketinin, o cümlədən rus zərgərlik brilyantlarının Avropa İttifaqına tədarükünə qadağa qoyulmasının təsdiqi Aİ Şurasında yazılı prosedurla qəbul ediləcək.
News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Yazılı prosedur çərçivəsində 26 Aİ ölkəsi artıq 12-ci sanksiyalar paketinin müddəalarını təsdiqləyib və Avstriyanın imzalanmış mövqeyinin bazar ertəsi Aİ Şurasına çatdırılacağı gözlənilir. Paketin dərci (rəsmi olaraq o vaxtdan qüvvəyə minir) artıq bu axşam və ya çərşənbə axşamı mümkündür.Bu paketə yanvarın 1-dən qüvvəyə minəcək sənaye almazları istisna olmaqla, Rusiya almazlarının ixracına qadağa daxildir”, - deyə diplomat bildirib.
Qeyd edək ki, 12-ci sanksiya paketi üzrə razılaşma təxminən 6 aya yaxındır ki, davam edir.
Ayşən