Emin Ağalarov haradadır?
    • 5-04-2024, 16:23
    • 187

Emin Ağalarov haradadır?

Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

News24.az publika.az-a istinadla xəbər verir ki, Xalq artisti Emin Ağalarov hadisədən sonra Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiya verib. O bildirib ki, hazırda Moskvadadır və hər gün faciənin baş verdiyi yerə yollanır:

"Rusiyadan qaçdığımı yazanlar üçün: Moskvadayam, hətta ötən gün faciə olan yerdə idim. Saxta xəbərlərə inanmayın. Kim və hansı səbəblə saxta xəbərlər yayır?".

Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.