Emin terrorda həlak olanları yad etdi - FOTO
    • 31-03-2024, 11:49
    • 111

Emin terrorda həlak olanları yad etdi - FOTO


Xalq artisti Emin Ağalarov “Crocus City Hall”da törədilmiş terror aktı zamanı həlak olanların xatirəsini yad edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, sənətçi ticarət mərkəzinin qarşısında lentə alınan fotoları sosial şəbəkədə paylaşıb.

O, fotoları belə şərh edib:

"Bu gün hamımız həmrəyik. Dəhşətli faciədə həlak olan günahsız insanların xatirəsini yad etmək üçün "Crocus City Hall"a gəldik. Bir daha qurbanların yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu gün sizinlə birlikdə yas tuturuq.

Yüzlərlə insan bu kabusun qurbanı oldu. Bəzi insanlar, o cümlədən şirkətimizin işçiləri öldü. Bu, hamımız üçün əvəzedilməz itkidir. Son zamanlar minlərlə tamaşaçı və sənətçinin sevimli məkanı olan məkan dəhşətli terror aktı nəticəsində dağıdılıb. Həlak olanlara əbədi xatirə".

Xatırladaq ki, terror aktı zamanı 144 nəfər həlak olub.