Cardi B-ni Bakıda yordular:
    • 29-04-2019, 13:52
    • 2 515

Cardi B-ni Bakıda yordular: "ÖLÜ TARAKAN KİMİYƏM" - FOTO - VİDEO

Amerikalı məşhur reper Cardi B ötən gün Bakıda çıxış edib.

News24.az xəbər verir ki, "Crystal Hall" səhnəsində sevənləri ilə görüşən ifaçı, konsert bitdikdən sonra çox yorulduğunu açıqlayıb. O, bu barədə şəxsi instagram hesabında paylaşım edib:

"Ölü tarakan kimiyəm. Bakı və izdiham məni yordu. 13 saat yol getməliyəm. Bakı, "Formula 1"də məni qonaq etdiyiniz üçün təşəkkürümü bildirirəm. Gözəl şəhər, gözəl insanlar, dadlı yeməklər".

Foto: Vəli ŞÜKÜROV