-
- 6-04-2024, 20:50
- 282
Rusiya hücumları: Zaporojyada, Xarkovda ölənlər var
Moskva-Kiyev xəttində qarşılıqlı bombardmanlar davam edərkən, Rusiyanın son hücumlarında 10 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, Rusiya gündüz saatlarında Zaporojya və Xarkov şəhərlərinə idarəolunan hava bombaları və raketlərlə hücum edib.
Rusiya ordusunun Xarkova hücumda idarə olunan hava bombalarından, Zaporojyaya hücumda isə raketlərdən istifadə etdiyini bildirən Klimenko, “hücumun küçələrdə insanların və uşaqların çox olduğu gündüz saatlarında həyata keçirildiyini” qeyd edib.
Klimenko ilk açıqlamasında hücum nəticəsində ən azı biri uşaq olmaqla 20-dən çox adamın yaralandığını və ölənlərin olduğunu bildirərək, “Zaporojyada yaralananlar arasında 2 jurnalist də var. Ukrayna mətbuatı hadisə yerində işləyərkən atəşə tutulublar”.
Daha sonra verilən açıqlamada Zaporojyada 4, Xarkovda isə 6 nəfərin öldüyü açıqlanıb.
Rusiya Ukraynanı Zaporojyadakı atom elektrik stansiyasına hücumda ittiham edib.
Bununla belə, elektrik stansiyasına heç bir ziyanın olmadığı bildirilib.
Günel Məlikzadə