Suraxanıda təmir sexində avtomobil yanıb
    • 6-04-2024, 19:05
    • 171

Suraxanıda təmir sexində avtomobil yanıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

News24.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili qismən qarsalanıb. Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.