“Bir qrup rüşvətxor və korrupsioner…” - Bakıda məğlub olan güləşçi
    • 8-04-2024, 10:47
    • 326

“Bir qrup rüşvətxor və korrupsioner…” - Bakıda məğlub olan güləşçi

İtaliyalı sərbəst güləşçi Frank Çamizo Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki hakimlikdən narazı qalıb.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, o, 74 kq çəki dərəcəsinin yarımfinal mərhələsində Azərbaycan təmsilçisi Turan Bayramova məğlub olub. Bununla bağlı o, sosial media hesabında paylaşım edib:

“Bunu izləyənlərin hər birindən üzr istəyirəm. Mənim idmanım gözəldir. Onlar sadəcə bir qrup rüşvətxor və korrupsionerlərdir. Ürəyim kədərlə ağlayır”.

Qeyd edək ki, görüş 8:8 hesabı ilə yekunlaşıb, xalların keyfiyyətinə görə qalib elan olunan Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.