Cənubi Koreya ikinci casus peykini orbitə buraxdı
    • 8-04-2024, 11:10
    • 143

Cənubi Koreya ikinci casus peykini orbitə buraxdı

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyi ölkənin ikinci casus peykinin orbitə çıxarılması ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.

Peyk buraxılışdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxladı.

Qeyd edək ki, Cənubi Koreya 2025-ci ilə qədər kosmosa daha dörd casus peyki göndərməyi planlaşdırır.

Günel Məlikzadə