Gəmi batdı, XEYLİ SAYDA ÖLƏN VAR — FOTO
    • 8-04-2024, 11:15
    • 15 312

Gəmi batdı, XEYLİ SAYDA ÖLƏN VAR — FOTO

Mozambikdə bərəyə çevrilən balıqçı qayığının həddindən artıq yüklənməsi səbəbindən batması nəticəsində azı 91 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP məlumat yayıb.

Məlumata görə, gəmidə 130 nəfər olub. Dövlət katibi bildirib ki, gəmi həddindən artıq yüklənib və sərnişin daşımaq üçün uyğun olmayıb. 

Onun sözlərinə görə, yayılan vəba epidemiyası ilə bağlı yalan məlumat səbəbindən gəmidə çaxnaşma başlayıb və sərnişinlərin əksəriyyəti quruya çıxmağa çalışıb.

Dövlət katibi ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Xilasedicilər beş nəfəri sağ çıxarıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Gəminin batmasının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Mehriban Mirzəzadə