Hüquq müdafiəçisi həbs edildi
    • 31-01-2024, 17:46
    • 291

Hüquq müdafiəçisi həbs edildi

Gilan əyalətinin Rəşt şəhərindən olan qadın haqları müdafiəçisi Tina Delcu həbs edilib. 

News24.az xəbər verir ki, bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıblar.

Hüquq müdafiəçisi 1 il həbs cəzasını çəkmək üçün Lakan şəhər həbsxanasına köçürülüb.

Tina Delcu bundan əvvəl sosial mediadakı yazıları və paylaşımlarına görə saxlanılmış, bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Hüquq müdafiəçisi “hakimiyyət əleyhinə təbliğat” ittihamı ilə açılan məhkəmə işindən sonunda təqsirli bilinib.

Aynurə