MDB XİN Şurasının iclası bu tarixdə keçiriləcək
    • 8-04-2024, 18:17
    • 119

MDB XİN Şurasının iclası bu tarixdə keçiriləcək

Aprelin 12-də Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

News24.az xəbər verir ki, bunu Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

“Aprelin 12-də Minskdə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Regional və beynəlxalq gündəliyin cari aspektləri, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır”, - o bildirib.

Bildirlir ki, iclasda siyasi, mədəni-humanitar, turizm və idman sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbulu planlaşdırılır.

Mehriban Mirzəzadə