"Çox sağ ol de, ərin səni saxlayır" - FOTOlar
    • 8-04-2024, 21:43
    • 178

"Çox sağ ol de, ərin səni saxlayır" - FOTOlar

Müğənni Təranə Qumral verdiyi açıqlama ilə diqqət çəkib.

News24.az Milli.Az-a istinadla bildirir ki, sənətçi qızı ilə birgə "Rəngarəng Səhər" verilişində qonaq olub. Müğənninin qızının efirdə dediyi sözlər gündəm olub. 

Ailə həyatından danışan Qumral həmişə anasının ciddi nəzarətində olduğunu bildirib:

"İndiki vəziyyətə gəlib şıxmağım üçün anama çox minnətdaram. Necə yaxşıdırsa, elə də sərt üzü var. Əgər həyat yoldaşıma qarşı səhv etsəm, ondan qabaq anam məni silər.

Aramızda narazılıq yarananda onun tərəfində olur. "Çox sağ ol de, ərin səni saxlayır" belə deyib. Hər zaman anamızın nəzarətini hiss edirik".