36 yaşlı qadın yıxılaraq öldü
    • 9-04-2024, 18:55
    • 140

36 yaşlı qadın yıxılaraq öldü

Göygöldə 36 yaşlı qadın hamam otağının qarşısında yıxılaraq ölüb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Göygöl şəhərinin Dilqəm Verdiyev küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Könül Qədimovanın meyiti yaşadığı evin hamam otağınım qarşısında taplıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, K.Qədimova şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.