-
- 9-04-2024, 22:14
- 342
Bu ilin ən isti ayı mart oldu
Bu ilin mart ayı rekord qıraraq ən isti ay oldu və ardıcıl 10 ay ərzində yeni temperatur rekordu qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa İqlim Dəyişiklikləri Xidməti məlumat yayıb.
Təşkilatın məlumatına görə, son 12 ay həm də indiyə qədər qeydə alınan ən isti dövr hesab olunur. 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər orta qlobal temperatur 1850-1900-cü illərdə sənayedən əvvəlki dövrdə orta temperaturdan 1,58 dərəcə yüksək olmuşdur.
"Belə rekordları görmək - aydan-aya - həqiqətən bizə göstərir ki, iqlimimiz dəyişir, sürətlə dəyişir",- Kopernik direktorunun müavini Samantha Burgess deyib.
Bildirilir ki, istilik dalğasının əsas səbəbi antropogen istixana qazları emissiyaları olub.
Mehriban Mirzəzadə