Qazaxda təmir sexi yandı
    • 10-04-2024, 09:57
    • 165

Qazaxda təmir sexi yandı

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan, 25 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 1200 m² sahədə, içərisindəki avtomobil ehtiyat hissələri 1200 m² sahədə, təmirə dayanan 3 ədəd avtomobil yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, obyektin qalan hissəsi, ərazidə dayanan avtomobillər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.