-
- 10-04-2024, 10:57
- 405
Ailədə silahlı münaqişə- Ölənlər var
Türkiyənin Sakarya şəhərinin Xəndək rayonunda ailədaxili silahlı davada üç nəfər ölüb, bir nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə “HABER Global” məlumat yayıb.
Məlumata görə, Mövlud Çəlik adlı şəxs ailədaxili münaqişə zamanı silaha əl ataraq ata və ögey anasını qətlə yetirib. Hadisədən xəbər tutmuş qardaşı Səlcuq Çəlik evin həyətində qarşılaşdığı qardaşı ilə dalaşmağa başlayıb. Dava zamanı Mövlud Çəlik silahla çiynindən vurduğu qardaşı tərəfindən kəsici alətlə öldürülüb.Daha sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı Səlcuq Çəlik xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam etdirlir.
Mehriban Mirzəzadə