Türkiyədən İsrailə 54 məhsul qadağası
    • 10-04-2024, 11:31
    • 186

Türkiyədən İsrailə 54 məhsul qadağası

Ticarət Nazirliyi, armaturdan yastı poladdan, mərmərdən keramikaya qədər 54 məhsul qrupunda İsrailə ixracın məhdudlaşdırıldığını açıqlayıb.

News24.az xəbər verir ki, məhdudiyyət qərarının İsrail Qəzzada atəşkəs elan edənə qədər qüvvədə qalacağı bildirilib. İsrail Türkiyə iqtisadiyyatına zərər verəcək əks tədbirlərin görüləcəyini deyib.

Nazirlikdən verilən açıqlamada Türkiyənin İsrailin hücumları başladıqdan sonra Qəzza və xalqının köməyinə qaçdığı və başda qida, sağlamlıq, tibbi yardım olmaqla on minlərlə ton yardımı gəmi və təyyarələrlə çatdırdığı bildirilib. 

Qeyd edilib ki, İsrail beynəlxalq hüququ açıq şəkildə pozmaqda davam edir.

Mehriban Mirzəzadə