Ermənistan vahimədə: “Müharibə üçün resursumuz yoxdur”
    • 10-04-2024, 20:50
    • 180

Ermənistan vahimədə: “Müharibə üçün resursumuz yoxdur”

“Dünən aprelin 9-da Ermənistan parlamentində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr üçün təcili iclas keçirilib”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Təxminən 2 saat davam edən qapalı iclasda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ünvanlanan sualları cavablandırıb. Mirzoyan açıq mətnlə Azərbaycanın şərtlərini rədd etməməli olduqlarını bildirib:

“Rədd edə bilmərik. Azərbaycanla müharibəyə başlamağa resursumuz yoxdur”.