-
- 10-04-2024, 16:10
- 248
Bu şəhərdə “Mauqli uşaq” tapıldı - FOTO
Sankt-Peterburqda yaşayış binasının zirzəmisində üç “Mauqli uşaq” tapılıb.
News24.az konkret.az-a istinadən xəbər verir ki, rus Telegram kanalları yazır ki, onlar antisanitariya şəraitində atası ilə birgə yaşayıblar.
Mauqli uşaqlar iki, dörd və altı yaşlarındadır. Onlardan birini Moskva şossesində yerli sakin görüb – uşaq həyətdə gəzirmiş, lakin hava şəraitinə uyğun geyinməmiş və boyaya bulaşmışdı. Qadın bunu şübhəli bilib, polisə müraciət edib.
Uşaq hüquq-mühafizə orqanlarının əməkdaşlarına zirzəmidə iki qardaş və atası ilə yaşadığını izah edib. Polis ailənin evinə girəndə stolun üstündə zibil, yemək qalıqları və çoxlu kir görüblər. Uşaqların hamısında kirli paltarlar, sıyrıqlar və naməlum boya olub.
Uşaqlarla birlikdə heç bir sənədi olmayan 36 yaşlı kişi yaşayıb. O bildirib ki, oğlanlar əvvəllər həyat yoldaşı ilə yaşayırmış, amma o, yeni şəriki ilə başqa şəhərə köçüb və uşaqları onun yanında qoyub.
“Mauqli oğlanlar” xəstəxanaya yerləşdirilib. Onlarda öskürək və kəskin respirator virus infeksiyası əlamətləri aşkar edilib. Ata isə şöbəyə aparılıb.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Yekaterinburqda da “Mauqli uşaq” tapılıb. Onun yaşadığı mənzildə müxtəlif dəfn ləvazimatları, Qriqori Rasputinin portreti və tavana qədər böyük xaç olub. Qonşuların dediyinə görə, mənzil sahibi qəbiristanlıqdan ev xaçlarını və Pasxa yumurtalarını daşıyıb. 13 yaşlı qız heç vaxt məktəbə getməyib.