-
- 10-04-2024, 19:14
- 176
Ukraynaya 1,5 milyardlıq yardım göndərilir
Kiyevin ilkin şərtləri yerinə yetirməsi müsbət qiymətləndirilərsə, Avropa Komissiyası (AK) Ukraynaya 1,5 milyard dollar məbləğində ikinci yardım tranşı ayıracaq.
News24.az xəbər verir ki, bu barədə AK-nin bəyanatında bildirilib.
“1,5 milyard avro həcmində ikinci tranşın Brüssel Kiyevin bunun üçün razılaşdırılmış şərtləri yerinə yetirməsinin müsbət qiymətləndirilməsindən sonra aprel ayında ödənilməsi planlaşdırılır”, - Avropa Komissiyasının bəyanatında deyilir.
İkinci tranşın göndəriləcəyi büdcə yardımı proqramı 2027-ci ilin sonuna qədər Ukraynaya ümumilikdə 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutur.
Mehriban Mirzəzadə