BMT sülhməramlıları Livan və İsrailə xəbərdarlıq etdi
    • 10-04-2024, 19:24
    • 224

BMT sülhməramlıları Livan və İsrailə xəbərdarlıq etdi

Davam edən qarşılıqlı atəşlər fonunda Livan və İsrail arasında eskalasiya təhlükəsi realdır və tərəflər münaqişəni güc yolu ilə həll edə bilməyəcəklər. 

News24.az xəbər verir ki, bunu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı, ispan generalı Aroldo Lazaro deyib.

“Ramazan ayının başa çatması və Fitr bayramının başlanması münasibətilə UNIFIL tərəfləri hərbi əməliyyatları dayandırmağa və daimi atəşkəs və münaqişənin qalıcı həllinə doğru irəliləməyə çağırır. Ekskalasiya təhlükəsi realdır. İndiki qarşıdurma və zorakılığa hərbi yolla son qoymaq olmaz, yeganə yol siyasi və diplomatik həll yoludur”, - Lazaro bəyanatında bildirib. 

UNIFIL komandiri bildirib ki, sülhməramlılar atəş nəticəsində dağılmış infrastrukturu bərpa edən və humanitar yardım göstərənlərin təhlükəsizliyini təmin etmək üçün Livan və İsrail hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.

Mehriban Mirzəzadə