İsrail BMT müşahidəçilərinin maşınını vurdu
    • 30-03-2024, 21:27
    • 112

İsrail BMT müşahidəçilərinin maşınını vurdu

Bu səhər İsrail əsgərləri Livanın cənubundakı sərhəd şəhəri Rmeiş yaxınlığında Birləşmiş Millətlər Təşkilatının müşahidəçilərini daşıyan avtomobili hədəfə alıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Livan və İsrail arasındakı sərhədi müəyyən edən Mavi Xətti izləyən texniki müşahidəçiləri müşayiət edən BMT-nin Livanın cənubundakı sülhməramlı missiyası UNIFIL hələlik bu məlumatı şərh etməyib. 

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) də məsələyə səssiz qalıb.

Mehriban Mirzəzadə