Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib
    • 11-04-2024, 13:05
    • 242

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

News24.az "Report"-a istinadən xəbər verir ki, bunlar Fil Foden ("Mançester Siti"), Martin Edeqor ("Arsenal") Rafinya ("Barselona") və Antuan Qrizmanndır ("Atletiko").

Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində aydınlıq gələcək.