Kuryerə bıçaqla hücum edildi
    • 12-04-2024, 09:08
    • 344

Kuryerə bıçaqla hücum edildi

İstanbulda kuryerlə 2 avtomobil arasındakı şəxslərlə mübahisə düşüb.

News24.az xəbər verir ki, iddialara görə, motosiklet kuryeri Serkan Armağan mübahisə etdiyi avtomobildəki şəxslərin hücumuna məruz qalıb.

Mübahisə böyüdükcə insident davaya çevrilib və motosiklet kuryeri bıçaqlanaraq ağır yaralanıb. Hücumdan sonra hər iki avtomobil hadisə yerindən qaçıb.

Hadisəni görən insanlar vəziyyəti 112-yə bildirdikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Polis qrupları hadisə ilə əlaqədar araşdırma başlatdı.

Qeyd edək ki,  Armağanın hər iki ayağının 5 yerindən bıçaqlandığı müəyyən edilib.

Günel Məlikzadə