Azarkeşlər futbolçunu qamçıladı - VİDEO
    • 12-04-2024, 12:50
    • 289

Azarkeşlər futbolçunu qamçıladı - VİDEO

Xorxe Jesusun idarə etdiyi “Əl Hilal” “Əl İttihad”ı 4:1 hesabı ilə məğlub edərək Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

News24.az xəbər verir ki, oyunun sonunda keçirilən mərasimdə maraqlı hadisə yaşanıb.

Tribunada olan azarkeş “Əl İttihad” forması geyinən Həmdallahı qamçılamağa çalışıb.

Abderrazzah Hamdallaha qamçı zərbəsi alandan sonra təhlükəsizlik qüvvələri onu çətinliklə sakitləşdirib.

Digər tərəfdən, futbolçuya qamçı ilə hücum edən azarkeş hadisə yerindən uzaqlaşdırılıb.

Günel Məlikzadə