Azərbaycanlı prodüserin futbolçu oğlu ATASININ SOYADINDAN İMTİNA ETDİ - SƏBƏBİ - FOTO
    • 30-04-2019, 15:53
    • 2 025

Azərbaycanlı prodüserin futbolçu oğlu ATASININ SOYADINDAN İMTİNA ETDİ - SƏBƏBİ - FOTO

Mətbuatda prodüser Anar Madatovun həyat yoldaşından boşanıb yenidən ailə qurması ilə bağlı axsam.az saytı məlumat yayıb. 

News24.az xəbər verir ki, bununla bağlı Qafqazinfo-ya danışan prodüser xəbəri təkzib etməyib və bunun ailədaxili məsələ olduğunu vurğulayıb. 

Diqqət çəkən digər məsələ isə Anar Mədətovun oğlu, futbolçu Mahir Mədətov instagram hesabında soy adını dəyişərək Əmrəli yazıb. O, instagramın hekayə bölməsində foto paylaşaraq “Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməyidir” sözlərini yazıb.