Tehran cəza zərbəsi endirəcək: vaxt elan edildi - Təcili
    • 3-04-2024, 23:00
    • 605

Tehran cəza zərbəsi endirəcək: vaxt elan edildi - Təcili


İran yaxın 48 saat ərzində İsrailin İranın Dəməşqdəki konsulluğuna aviazərbəsinə cavab olaraq hibrid cəza tədbiri görəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran Teleqram kanalları yazıb.

Erməni iranşünas Vardan Voskanyan qeyd edib ki, bu hücum İsrail hərbi infrastrukturlarına iranyönlü təşkilatların fəaliyyət göstərdiyi Yəmən, Livan, Suriya və ya İraqdan deyil, birbaşa İranın öz ərazisindən həyata keçiriləcək:

“İran öz ərazisindən İsrailə zərbə vurmaq potensialına malikdir”.

Qeyd edək ki, 1 apreldə İsrail İranın Dəməşqdəki konsulluq binasına zərbə endirib. Nəticədə SEPAH-ın iki generalı və 5 yüksəkrütbəli zabiti ölüb.