-
- 14-04-2024, 10:12
- 925
Dilarə Əliyeva niyə toy aparmır?
Əməkdar artist Dilarə Əliyeva toylarda aparıcılıq etməməyinin səbəbini açıqlayıb.
News24.az OLAY-a istinadla yazır ki, sənətçi bu barədə “Göstərir radio” verilişində danışıb.
“Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemətdir, dürrdür, zərdir, cəvahiratdır. Mənim qarşımda yemək-içmək olduğu halda, mütləq mənada mən daha çox yeməyə üstünlük verəcəm, diqqət orada olacaq. Söz özü özlüyündə ayrı bir nemətdir, yemək də ayrı nemətdir. İki neməti bir araya sığışdırmaq olmaz. Cüneyt Arkının bu yaxında bir müsahibəsi keçdi əlimə. Deyir “Mənim atam həyatda hər şeyə öz dəyərini verən adam idi. Musiqiylə yeməyi eyni vaxtda etməzdi. Yeməyi ayrıca yeyim, musiqiyə ayrıca qulaq asım ki, iki ləzzəti bir-birinə qarışdırmayım”. Mən də o iki neməti bir-birinə qarışdıra bilmərəm. Mən söz danışım, uçsun getsin havaya, kimsə orada dana basdırma yeyir. Heç bir maddiyyat mənim üçün sözdən o yana deyil”, - deyə, o, söyləyib.