Bu ölkədə erməni qəbiristanlığını yandırdılar
    • 15-04-2024, 11:40
    • 186

Bu ölkədə erməni qəbiristanlığını yandırdılar

Aprelin 12-də axşam saatlarında naməlum şəxslər Fresnoda (Kaliforniya, ABŞ) erməni qəbiristanlığını yandırıblar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Zartonk” nəşri məlumat yayıb.

“Cümə günü axşam qəbiristanlığın əsas girişində səkkiz ağac yandırılıb, bu barədə dərhal polisə və yanğınsöndürənlərə məlumat verilib”, - nəşr qeyd edir.

İndiyədək yanğında şübhəli bilinən heç kim saxlanılmayıb.

Nəşrin məlumatına görə, bu, yanvar ayından bəri əsası 1885-ci ildə qoyulmuş qəbiristanlıqda törədilən altıncı yanğındır. Hadisələrdə ümumilikdə 19 sərv ağacı yanıb.