Qəzzada can itkisi: 31 min 272
    • 13-03-2024, 20:00
    • 204

Qəzzada can itkisi: 31 min 272

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 159 gündür hücumları ilə bağlı məlumat verib.

News24.az xəbər verir ki, Kudra İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında 88 fələstinlini öldürdüyünü, 135 fələstinlini isə yaraladığını açıqlayıb.

Qəzzada ölənlərin sayının 31 min 272, yaralıların sayının isə 73 min 24-ə çatdığını bildirən Kudra, İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin yüzdə 72-nin qadın və uşaqlar olduğunu vurğuladı.

Günel Məlikzadə