"SpaceX" rekord qırdı
    • 16-04-2024, 19:45
    • 195

"SpaceX" rekord qırdı

Son zamanların ən çox danışılan şirkətlərindən biri olan SpaceX, Falcon 9 raketi ilə daha bir rekord qırıb. 

News24.az xəbər verir ki, eyni raketi 20 dəfə kosmosa göndərən şirkət əhəmiyyətli uğur qazanıb. Bu yaxınlarda bəzi Starlink peyklərini orbitə daşımaq vəzifəsi daşıyan Falcon 9 missiyasını uğurla başa vurub. Qırılması çətin olan rekordu qırıb. Kosmos həvəskarları tərəfindən böyük heyrətlə qarşılanan inkişafın texnologiya dünyası üçün əhəmiyyətli bir mərhələ olduğu bildirilib. 

O da bildirilir ki, 20-ci ekspedisiyasını həyata keçirən raket heç bir xüsusi texniki qulluq və yoxlanışdan keçməyib. Bu, orta hesabla 2 ayda bir uçuş həyata keçirən raketin çox davamlı avadanlıqlara sahib olduğunu göstərir. Hətta ən azı 10 dəfə uça bildiyi deyilən Falcon 9-un gözlənilməz problem yaşanmadığı təqdirdə 40 uçuşa çata biləcəyi deyilir. Bu iddianın doğru olub-olmadığını zamanla görəcəyik.

Günel Məlikzadə