İki qatar toqquşdu -Yaralanan var
    • 16-04-2024, 17:40
    • 64

İki qatar toqquşdu -Yaralanan var

Almaniyanın Vorms şəhəri stansiyasında iki qatarın, o cümlədən ICE sürətli qatarının toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

News24.az  xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

"Vormsdakı əsas stansiyada manevr əməliyyatı zamanı manevr qatarı ICE qatarı ilə toqquşub", - NTV yazır.

Hər iki qatarda olan sərnişinlərin təxliyə edildiyi, yalnız ICE-də olan təxminən 520 nəfərin olduğu bildirilir.

Həmçinin bildirilir ki, Vorms dəmir yolu stansiyası müvəqqəti bağlanacaq və Vorms ilə Frankfurt am Main hava limanı arasında qatar hərəkəti dayandırılacaq.

Toqquşmanın səbəbləri hələ də bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə