İspaniyada iki qatar toqquşub, 85 nəfər yaralanıb
    • 17-05-2022, 14:54
    • 239

İspaniyada iki qatar toqquşub, 85 nəfər yaralanıb

İspaniyanın Barselona şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 85 nəfər yaralanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Barselona şəhərindən 14 kilometr aralıda yerləşən Sant Boi de Llobregat stansiyasında yük qatarı ilə şəhərətrafı qatar toqquşub.

 Qəzanın yerli vaxtla saat 18.00 radələrində baş verdiyi bildirilib və hadisə nəticəsində şəhərətrafı qatarın maşinistinin öldüyü, 2-si ağır olmaqla ümumilikdə 85 nəfərin yaralandığı bildirilib. Qəzadan sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişinin təxliyə edildiyi açıqlanıb.