Toyda KÜTLƏVİ DAVA: saxlanılanlar var
    • 17-04-2024, 10:49
    • 204

Toyda KÜTLƏVİ DAVA: saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər.

Nəticədə 1990-cı il təvəllüdlü Abdullayev Azər  Yaşar oğlu xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1999 təvəllüdlü Soltan Cindarov, 1999 təvəllüdlü Novruz Abdullayev və 1999 təvəllüdlü Elməddin Piriyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov Lent.az-a bildirib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.