Min il əvvəl də plastik əməliyyat olub
    • 17-04-2024, 16:45
    • 225

Min il əvvəl də plastik əməliyyat olub

İsveçdə vikinq qadınlarının min il əvvəl plastik əməliyyat etdirdiyini göstərən dəlillər tapılıb.

News24.az xəbər verir ki, Alman tədqiqatçıları Vikinq qadınlarının yetkin yaşlarında, kəllə sümükləri hələki yumşaq və çevik olduğu zamanlarda dəyişdirilmiş üç uzun kəllə tapıblar.

Tədqiqatçılar vikinqlərin status və gözəllik əlaməti olaraq kəllə sümüklərini uzatmasının mümkün olduğunu söyləyirlər.

Tədqiqatçıların fikrincə, kəllə sümüyünü uzatmaq üçün körpənin başı sarılırdı.

Vikinqlər daha ciddi üsullardan, məsələn, çəkilərdən və ya qayışlardan istifadə etsəydilər, bu texnika qadınların idrak inkişafına təsir göstərə bilərdi.

Günel Məlikzadə