-
- 17-04-2024, 19:45
- 340
Diaqnoz qoyula bilməyən xəstəlik: 45 nəfər öldü
Nigeriyada 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü açıqlanıb.
Milli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb.
News24.az xəbər verir ki, ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və qocalar olub.
Əvvəlcə malyariya və ishal kimi ümumi xəstəliklərə yoluxduqlarını düşünən yerli əhali ölənlərin sayının artacağından narahatdır.
Gundutse'deki səhiyyə rəsmiləri xəstəliklə bağlı Kano Səhiyyə Nazirliyinə məlumat verdiklərini açıqladılar.
Səlahiyyətlilər xəstəliyin dəqiq səbəbini müəyyən etmək üçün su və qan nümunələrinin toplandığını bildiriblər.
Gündütse sakinləri analiz nəticələrini gözləyərkən kənddəki gigiyena şəraitinin pis olmasının xəstəliyin yaranmasına səbəb ola biləcəyini düşünürlər.
Qeyd edək ki, Sokoto əyalət hökuməti də aprelin 7-də əyalətdə diaqnoz qoyulmayan xəstəlik səbəbindən 3 uşağın öldüyünü, 127 uşağın xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Günel Məlikzadə