Aİ-dən Pablo Escobar qərarı
    • 17-04-2024, 20:15
    • 208

Aİ-dən Pablo Escobar qərarı

Aİ-nin ən yüksək məhkəməsi Baş Məhkəmə, Pablo Eskobarın adının ticarət nişanı kimi qeydiyyata alınması ilə bağlı açılan iş üzrə qərarını açıqlayıb.

News24.az xəbər verir ki, məhkəmə, ictimaiyyətin Pablo Escobar adını narkotik ticarəti, narkotik terrorizmi ilə əlaqələndirməsi və buna görə də sözügedən adın Aİ-də ticarət nişanı kimi qeydiyyata alına bilməyəcəyinə qərar verdi.

Qeyd edək ki, Puerto Rikoda qurulan Escobar Inc, müxtəlif məhsul və xidmətlərdə Pablo Escobar adının istifadəsi üçün 2021-ci ildə Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib.

EUIPO sözügedən markanın qeydiyyatı üçün müraciəti ictimai qaydaya zidd olduğu və əxlaqi prinsipləri qəbul etdiyi əsaslarla rədd etdi.

Escobar Inc bu qərara qarşı hüquqi proses başladıb.

Günel Məlikzadə