Gürcüstanda atışma - Yaralılar var
    • 17-04-2024, 18:23
    • 95

Gürcüstanda atışma - Yaralılar var

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində atışma qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə Vake rayonunda, Tabidze küçəsində baş verib.

Üç nəfər yaralanıb, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs maska taxıb.

O, küçə ilə hərəkət edən gəncə atəş açmağa başlayıb. Onun mühafizəçisi atəş açıb və hücumçunu yaralayıb.

Cinayətin motivi məlum deyil./modern