-
- 17-04-2024, 20:45
- 213
"İsrail əlindən gələni edəcək"
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə görüşüb.
News24.az xəbər verir ki, görüşdən sonra açıqlama verən Netanyahu Almaniya və İngiltərənin xarici işlər nazirlərinə dəstəklərinə görə təşəkkür edib. İsrailin təhlükəsizliyi ilə bağlı "öz qərarlarını verəcəyini" deyib.
İranın hücumuna işarə edən Netanyahu, "Bunu açıq şəkildə bildirmək istəyirəm; öz qərarlarımızı özümüz verəcəyik. İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək" dedi.
Bundan əlavə, Qəzza zolağında bir müddətdir gözlənilən fəlakətli aclıq iddialarını rədd edən Netanyahu, zolağa kifayət qədər yardımın çatdırıldığını iddia edib.
Qeyd edək ki, Almaniya naziri Baerbok bildirib ki, o, görüş zamanı Yaxın Şərqin “nəticəsi tamamilə gözlənilməz olan vəziyyətə” sürüklənməsinə yol verilməməsi lazım olduğunu açıq şəkildə ifadə edib.
Baerbock isə İran sanksiyalarının müzakirə ediləcəyini bildirdiyi G7 toplantısı ilə bağlı deyib: “İndi hamı ehtiyatlı və məsuliyyətli davranmalıdır”.
Günel Məlikzadə