“Mitinqin məqsədi Azərbaycanı sabit olmayan ölkə kimi tanıtmaqdır” Fazil Mustafa
    • 17-04-2024, 19:03
    • 264

“Mitinqin məqsədi Azərbaycanı sabit olmayan ölkə kimi tanıtmaqdır” Fazil Mustafa

Dünyada baş verən gərginliklər bu mitinqlərin keçirilməsində insanları həvəsləndirir. Daxildə isə elə bir tələb yoxdur. Hansısa bir şəkildə təbliğat və yaxud mövqe bildirmək imkanları sosial şəbəkə üzərindən kifayet qədər genişdir. Yəni küçəyə 2-3 min insan çıxarmaqla ölkədə idarəetməni iflic etmək və yaxud hansısa bir proseslərə təsir etmək imkanı yoxdur.

Bu sözləri News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyibş

O bildirib ki,  mitinqlə heç nəyə təsir etmək olmaz:

“Sosial şəbəkələrdə baş verən hadisələrdə yayılan informasiya daha çox effektlidir nəinki, mitinqdə hansısa ucaldılma imkanı olmuyan səslə çığıra-bağıra fikir söyləmək, çağırış etmək. O baxımdan da bu kimi məsələlərdə məqsəd xaricin diqqətini cəlb etmək, Azərbaycanın sakit və sabit bir bölgə olduğunu yox, burada da təlatümlər yaşandığını göstərmək üçündür. Bu xarici sifarişçilərə verilən bir mesaj məqsədi daşıyır. Mitinqə kimi yığacaqlar? Hansı formada, hansı şüarda mitinq keçirəcəklər? Tələb qoyacaqlar ki, sülhməramlı qoşunu Azərbaycandan çıxarılmasın?

Əvvəllər onu tələb qoyurdular. İndi  bu qoşunlar  çıxarılır. İndi nə deyəcəklər? Deyəcəklər ki, Xankəndinə girməkdən imtina edək? Ya oradan uzaqlaşaq? Bunlar hamısı həll olunan məsələlərdir.

Millət vəkili onu da qeyd edib ki, artıq Qarabağ kartını sui istifadə etmək düzgün deyil.

“Sosial narazılıq müəyyən məsələlər var. Bu sahədə də təbii ki, islahatların aparılması vacibdir. Amma bu da mitinqlə həll olunmur.

Onsuz da parlamentdə də bu çatışmazlıqlarla bağlı təmsil olunan müxalifət qüvvələri bunu dilə gətirirlər, onun həll olması yollarını göstərirlər. Müəyyən nazirliklərdə olan nöqsanları ifadə edirlər. Burada yol yenə də parlament debatlarından keçir. Bu baxımdan da belə bir mitinqin keçirilməsi məqsədyönlü xarakter daşıyır. Bilavasitə xarici sifarişi nəzərə alaraq Azərbaycanı sabit olmayan  ölkə kimi göstərmək cəhdindən xəbər verir. Amma bunlar hamısı boşunadır. Çünki bu cür təsirlər hər halda dövlətimizin indiki mərhələsində fikirini yayındıracaq qədər güclü ola bilməz. Cəmiyyətimizdə açığı başqasının sifarişi ilə qəbul edilən və həyata keçirən addımlar yaxşı qarşılanmır. Yəni indiki dövrdə bunu dəstəkləyən qüvvələrin sayı elə də çox deyil”.

Mehriban Mirzəzadə